Eylər, eylər
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Eylər, eylər Müəllif: Şair Alməmməd |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Bir elə kişinin tut ətəyindən
Aləmə imdadı ol eylər, eylər.
Zərrəcə üstündə olsa nəzəri,
Yerdən daş götürsən, lə'l eylər, eylər.
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı.
Cəhənnəm odundan betər, adamı
Yandırar kasıblıq, gül eylər, eylər.
Düz yoldan azanı tez tapar qada,
Doğruluq ne'mətdi həddən ziyada.
Alməmməd də bir at minər üqbada,
Sualsız cənnətə yol eylər, eylər.