Bir elə kişinin tut ətəyindən,
Bil sənə imdadı ol eylər-eylər.
Zərrəcə üstündə olsa nəzəri
Yerdən daş götürsən, ləl eylər-eylər,
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı
Cəhənnəm odundan betər adamı
Yoxsulluq yandırar, kül eylər-eylər.
Aqil insan deməz hər gördüyünü,
Daldalar düşməndən vay dərdiyini,
Görməzsən nakəsin pay verdiyini,
Versə də, töhmətin bol eylər-eylər.
Xəstə Qasım deyər sözün bu başdan,
Pay umma qohumdan, yaddan, qardaşdan,
Özün əmək çəksən, su çıxar daşdan,
Əridər dağları yol eylər-eylər.