Füzuli (Əhməd Cavad)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Füzuli (Əhməd Cavad) Müəllif: Əhməd Cavad |
Üfüqlərdə günəş söndü bir axşam çağı
Çox uğursuz bir qaranlıq çökdü dünyaya,
Görüncə ki,sönməkdədir sənət ocağı,
O yalvardı,həm sığındı"təbi-vala"ya,
Öz kimsəsiz torpağına baxdı Füzuli!
Çulğamışkən qonşuları şənlik, əyləncə,
Susmuş ididoğma yurdun söhbəti, sazı...
Ağ saqqallı bir qocaya,sevdalı gəncə
Öyrədənlər çoxalmış"razi-niyaz"ı,
El dərdinin dərmanını buldu Füzuli,
Onunçündür böyük şair oldu Füzuli!
Çəkmək üçün o boşluğa yeni bir pərdə,
İş qalmışdıbir sevimli,parlaq ulduza.
Elmi ürfan qazanmağa getdiyi yerdə
Əsir oldu,aşiq oldu bir qumral qıza!
İlhamını o qumraldan aldı Füzuli!
Komək etdi o coşquna bir gözəl pəri,
Ovutmağa dərdlərini qəm ölkəsində,
Gözəlliyə tapındığı o gündən bəri
Bir başqalıq duyulmaqda onun səsində,
Çox doğrudur,sevdiyindən yandı Füzuli!
Dörd yüz ildir tutulmuşdur bir adsız dərdə,
Ummaqdadır yalnız ondan dərdinə çara!
Dörd yüz ildir həmvətənim olan yerlərdə,
Hər bir sevən qəzəl yazar gevgili yara!
Cam içilən əyaqçaya döndü Füzuli!
Şairlərə bir içim mey sundu Füzuli!