Füzulini beştətmə
Füzulini beştətmə Müəllif: Əliqulu Qəmküsar |
Satirik şeir Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Yoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,
Vardı hər yerde menim bollu suyum, bollu dənim,
Məni min fıkrə salan bu gödənimdir, gödənim,
“Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kefənim” .
Aldadıb xəlqi bütün, kendime qıldım mayil,
Ərşeyi-mənbəre çıxcaq sölərem latayil,
Siğəsiz gün keçirib olmaram əsla qafıl,
“Cam canan diİəmiş, verməmək olmaz, ey dil,
Nə niza eyliyəlim, ol ne sənindır, ne menim” .
Ffara getdimsə məne göstərilen hörmətdir,
Millətim çünki həqiqatdə gözəl millətdir,
Molla olmaq belə bir qövmə böyük nemətdir.
“Tövqi-zənciri-cünun daireyi-dövletdir,
Ne rəva kim məni ondan çıxara zəfı-tənim” .
Hansı bir şəhrə və ya kəndə ki düşdü güzərim,
Olacaq gündə kababım, bİlirəm, simü zərim,
Olmuyubdur əliboş övdət edəm bir səferim,
“Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, havadan doludur pirəhənim” .
- “Molla Nəsrəddin",24 oktyabr 1913, N 24