Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı

Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı
Müəllif: İsmayıl bəy Nakam
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı,
Təvəqqeyi-dili-nalan bilinmədi, qaldı.

Simati-dəhrdə hər kəs nəsibini buldu,
Nəsibi-zümreyi-rindan bilinmədi, qaldı.

Cəfayi-firqəti-canan bilindi muybəmu,
Səfayi-vəsl kəmakən bilinmədi, qaldı.

Cahanda hər mərəzə bir əlac olub peyda,
Fəraq dərdinə dərman bilinmədi qaldı.

Kitabi-eşqdə dərki-üqul əcz bulub,
Həzar nükteyi-pünhan bilinmədi, qaldı.

Bilindi qisseyi-aləm səbahi-həşr oldu,
Hekayəli-şəbi-hicran bilinmədi, qaldı,

Kimin əsiri, kimin namuradiyəm, Nakam,
Nədir bu etdiyin əfğan bilinmədi, qaldı.