Fələk (Səfili)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Fələk (Səfili) Müəllif: Molla Məhəmməd Səfili |
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014. |
Bir hüçüdüm başdan başa varmadi,
Bir məlhəm yarama qoymadın, fələk,
Nə insaf etdin, nə də mərhəmət,
Vurdun tələhimi qaraya, fələk.
Sən də söz arturdun sözün üstünə,
Qara yazi yazdin yazım üstünə,
Qaldurdun vurdun yüzün üstünə,
O zaman gəturdün siraya, fələk.
Der Səfili, bunca işlər qayırdun,
Həsrət qoyub can cigərdən ayırdun,
Bu ayriluğu bizə haqdan buyurdun,
Yandurdun gülümi soldurdun, fələk.