Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm Müəllif: Mirzə Ələsgər Növrəs |
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,
Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,
Neçə müddətdi könül bəzmi-səfa təşnəsidir,
Zindədil hal bilən əhli-vəfa mürdəsiyəm.
Şəhr əhli neçəsi eylədi çox zülm mənə,
Qeybətu töhmətin axır belə pəjmurdəsiyəm.
Hər dənizadə mənim ustumə qalxızdı ayaq,
Deməsəm bir soz ona bəs ki, həya pərdəsiyəm.
Növrəsa, rövnəqi-əyyami-cavanlıq getdi,
Zövq əhli deyiləm, pirilik əfsurdəsiyəm.