Fəna mulkinə aşiq girməyincə nəfsi ram olmaz

Fəna mulkinə aşiq girməyincə nəfsi ram olmaz
Müəllif: Abdulla bəy Asi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Fəna mulkinə aşiq girməyincə nəfsi ram olmaz,
Məqami-"liməəllah" sirri anıncun təmam olmaz.

Könül, piri-muğanın feyzu lutfi gər ola şamil,
Meyi-vəhdət əyağın al ələ, bu mey həram olmaz.

Əzəl şəmsinə ol talib həqiqi hüsn ondandır,
Məcazi dilrubalər hüsni aləmdə müdam olmaz.

Hərimi-Kəbə, səbni-deyr yeksandır, könül, billah,
Əgər məlumə talibsən sənə fərqi-məqam olmaz.

Məqami-qurbi-yarə vasil ola aşiqi-sadiq,
Rizayi-dustdən ozgə ona aləmdə kam olmaz.

Necə vasil olum ol şahə kim, gər olmasa nəzmi,
Mahu mehru buruci-nəcm seyrində nizam olmaz.

Təriqi-eşqə, Asi, laubali qoy qədəm bir dəm –
Ki, əhli-eşqdə pərvayi-canu nəngu nam olmaz.