Fəqrlə tapdım özümə mən əlac

Fəqrlə tapdım özümə mən əlac
Müəllif: Abbasqulu ağa Bakıxanov


Fəqrlə tapdım özümə mən əlac,
Qalmadı dərmanə daha ehtiyac.

Bax ki, bu dərgahda duran bəndələr,
Səltənət almış, özü bitəxtü tac,

Şəhdi-ləbindən acı sözlər belə,
Ruhə verir ləzzətü zövqilə bac.

Gözlə ürəkdən əcəb aldın təvan,
Almamış heç kəs bu cürə bir xərac.

Mənfəət axtarma bu bazardə,
Qəlb yolu tapmaz belə yerdə rəvac.

Piri-Muğandan dilədim hümməti,
Söylədi dərddir yenə dərdə əlac.

Cami-mey al dəstinə, ey Qüdsi, sən,
Gizli qalan sirləri dünyayə aç!