Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın İsgəndərin güzgüsü ilə maraqlanması

Fərhadın İsgəndərin güzgüsü ilə maraqlanması
Müəllif: Əlişir Nəvai
Mənbə:
  • Ə.A.Vahid, M.Dilvazi, Ə. Ziyaqay, M. Rahim, N. Rəfibəyli. Əlişir Nəvai, "Fərhad və Şirin" (PDF). səh.34–36.
  • Ə.A.Vahid, M.Dilvazi, Ə. Ziyaqay, M. Rahim, N. Rəfibəyli. Əlişir Nəvai. Seçilmiş əsərləri. Bakı: Əlişir Nəvai. 2004. səh.69–74.


Bu incə sözlərdən kitab düzəldən
Onu bu növ ilə bəzəmiş: həmən:
Fərhadın sözlərin xaqan eşitdi,
Arzu eylədiyi məqsədə yetdi.
Nəş'ə süfrəsini yenə yığmadı,
Bəlkə şadlığından Çinə sığmadı.
Etdi şahzadəyə nəvaziş hədsiz,
Nə hədsiz, bəlkə də sonsuz, sərhədsmz.
Eyləmək istədi cahanı fəda,
Nə cahan, bəlkə də o canı fəda.
Bu işdən sevindi xaqan o qədər
Tökdü mükafatçün çoxlu tədbirlər.
Başından istədi xəzinə saçsın,
Bununla oğlunun könlünü açsın.
Madam ki, yüksəkdi mehman o qədər,
Gövhər də yanıida bir daşa bənzər!
Bu işdə çox fikrə daldı hökmdar!
Ki, Fərhada layiq onun nəyi var.
Çoxdu xəzinədə qəribə şeylər,
Girdi şahzadəylə ora bərabər.
Kəl, xəzinə demə, dərya və mə'dən!
Nə varsa, artıqdı saydan, qədərdən.
Ədədsiz evlər var, xəzinələr var,
Ağıl xəznədarı saysa yorular.
Qırx ev, qızıl ilə dolu otaqlar,
hər evdə qırx ədəd şahlıq küpü var.
Bir evdə nişan bu qəribəlikdən,
Bir qızıl küpü var, mumdur deyəsən.
Kim ordan bir qədər ələ alardı,
Tezcə istədiyi şəklə salardı,
Yenə qırx ev, dolu ə'la parçalar:
hər evdə yüz qırx min txş zərxara var.
hər yan ipəklərlə bəzənmiş qat-qat,
Fələklər körməmiş belə bir büsat.
O qədər çox idi onda Çin malı
Acizdi dərkindən insan xəyalı.
Qəribə şeylərin sayı yox idi,
Görünməmiş şeylər həddən çox idi.
Үstündə olunmuş yüz çöhrə təsvir,
Kezəlliyi ağlı heyran eyləyir,
Tikili paltarın hesabımı var!
Nə kəsilmiş nə də tikilmiş onlar!
Onları yaradan usta bir əldi,
Toxunduğu dəzkah çox mukəmməldi.
İpək o qədərdi, yoxdu ədədi,
İpək bəzəkləri hesabsız idi.
Bir xalat gətirtdi şa1h xəzinədən,
Ondan, onunu da bir nazik bədən.
Keysə görünərdi yenə də təni,
Qızılkül rəngində zərif bədəni.
Müşk torbaları həm xalvar-xalvar,
Tökülmüşdü orda anbarbaaibar.
İnci, dürr orada elə çox idi,
Mində birini də sayan yox idi.
Orda hər sulu lə'l köz yaşı tökür,
Ruhu candan alır hər bir təmiz dürr.
Büllurdan, yaşəmdən minlərçə qablar,
hər biri, bir elin verkisi olar.
Min cür şey göstərdi həm xəzinədar,
Şah da, şahzadə də nəzər saldılar,
Baxdıqca onlara heyran qaldılar,
Kah külüb, gah da baş yırğalayırlar.
Çün, tamaşa bitmək vaxtı yetişdi.
Fərhadın gözü bir sandığa düşdü.
Bir qızıl sandıq var orda büllurdai,
Demək olmaz onu yaratmış insan.
hər şey üzərində əks olunardı.
İçində qəribə nə isə vardı.
O şey sandıq içrə qalırdı mübhəm.
Qiymətli daşlarla bağlanmış möhkəm.
Ona sandıq demə afət hasarı.
Qapısın bağlamış bərk qəl-ədarı
Ki, afət qələsi çox möhkəm olar,
İçindəki sirlər həm mübhəm olar.
Birinci nəzərdə görərjən bunu
Şahzadə can atdı öyrənsin onu.
Dedi:-«Çox nadirdir, bu mücrü aşkar,
İçində, söyləyin, onun nə sirr var?
Açarı hardasa, tapılsın dərhal,
Qıfılı açılsın bilinoin bu hal!».
Yumşaqlıq göstərib bu işdə xaqan,
Үzr istədi ondan bir xeyli zaman.
Dedi:-«Kimsə bilmir saadıqda nə var,
Qıfıl bağlı qalmış itmişdir açar,
Onu gördün bəsdir, bu fikirdən keç.
Biz də içindəkin körməmişik heç».
Eşitcək bu üzrü şahdan şahzadə,
həvəsi daha da oldu ziyadə,
Dedi:-«Nə iş körsə insan əlilə,
Mahiyyətin anlar fikir yolilə.
Bütün elmlərə girdim müfəssəl,
Bir məsələ yox ki, mən etməyim həll.
Məndən gizli qalsın bəs bu sirr nədən?
Onu layiqinçə bilməyincə mən,
Үrəyim yerində eyləməz qərar,
Bir ləhzə təsəlli tapmaz aşikar».
Nə qədər bəhanə gətirdi, xaqan,
Bundan maraq artdı onda hər zaman.
İşi kecikdirib düşündükcə xan,
Oğlunda qalmadı heç tabü-təvan.
Şah işi hər yandan təftiş eylədi,
Söyləməkdən başqa çarə yox dedi.
Əmr etdi, sandığı açdılar o an.
Çox parlaq bir ayna çıxdı sandıqdan.
O işıq saçırdı şərq günəşitək,
İskəndərin imiş bu ayna demək.
Beyza kimi idi sədəf ilə dürr,
Fələk sandığında o sanki gündür.
Kim ki, bəzək vermiş o qədər ona,
Sirrini gizlincə yazmış dalına
Ki: «həmin aynada aks edir cahan.
Günəştək parlaqdır, şəffafdır ondan,
Onu yaratmışdır İegəndər Kəbir,
Bu ondan dünyaya bir xatirədir.
Dörd yüz alim ilə cəhd etmiş ona.
hər alim əvəzmiş bir Əflatuna.
Bilərik dünyanın hər sirrin aşkar,
Cahan filosofu idilər onlar.
Xoşbəxt ulduzları düz bilərdilər.
Bu ayna üstündə əlləşərdilər.
Neçə il çalışıb edib müdara,
Çıxardı bu işi o aşikara.
hikməti-cahandı bu küzkü inan.
İçində əcaib bir tilsim nəhan.
Kim onu açmağa kər sə'y qılsa,
Onun sə'yi ilə sandıq açılsa,
Gəlib bu küzkünü alarsa Əgər,
Bərraq üzünə o, salarsa nəzər,
Ömründə ən məchul qəribə işlər,
İstər nəş'ə olsun, istər qəm, kədər
Tanrıdan nə isə görmək qədəri,
Qəzanın onunçün edəcəkləri,
Küzküyə baxarkən, görünər haman,
Güakü gizlin sirri eyləyər əyan.
Lakin bu sandığın açılması bil,
Fəlakət gətirər, xeyirli deyil.
Kim onu açarsa düşünsün gərək,
Bu sirri bilməkçün nələr çəkəcək:
Olduqca bəxtiyar ölkədir Yunan.
hikmətlər bəzəmiş onu hər zaman.
Orda göy sirrini bilən həkimlər
hesaba kəlməyir, çoxdur o qədər.
Daşı həkimlərçin incidən tacdır.
hər xəstəlik üçün otu əlacdır.
Kəskin küləkləri, uçurum dağları,
Zirvəsi yeddi qat göydən yuxarı.
Bir kimsə kedərsə Yunana sarı,
Uzaqdan kerərkən həmip dağları,
Үç böyük məsafə qalar, nəhayət,
O, üç mənzildə var üç böyük afət.
Birinci mənzildə əjdər bir ilan,
Qəhrindən yaratmış oiu yaradan.
İkinci mənzildə var bir əhrimən,
Qəzəbdir, afətdir sifətlərindən.
Үçüncü mənzilin bir tilsimivar,
hər ikisiçdən də bu qorxuıc olar.
Kim bu üç mənzili keçərsə Əgər,
Dördüncü mənzildə o dağı kerər.
Bu dağdan keçərkən Görər mağara,
hicranlı gecə tək rəngi qapqara.
İçində bir Sokrat vardır yekanə,
Ona Sokrat demə, Boqrat zəmanə.
həkimlər həkimi sağ isə Əgər
Yolçunun müşkülün asan eyləyər.
Əgər ki, köçmüşsə artıq dünyadan,
Kələnin arzusu nəysə o zaman,
Onun ruhu üçün etsə dualar,
Çətin işlərinin bəndi açılar».
Şahzadə oxuyub bunu qurtardı,
Onun həlli üçün bir yol axtardı.
Үrəyi maraqla o qədər doldu,
Yeməyi, yatmağı, bu fikir oldu.
Onun bu işindən olarkən akah,
Rədd edib tələbin lənkidirdi şah.
Şah, işi nə qədər uzatsa, ancaq,
Oğlunda o qədər artırdı maraq.
Əgər oğul çətin bir hala düşdü,-
Ata bundan çətin zəvala düşdü.
Ağırlıq düşsəydi oğluna Əgər,
Ata hiss etdiyi ondan da betər.
Saqi, bihuş edən şərab ver bizə,
Çətin bir iş düşdü üzərimizə.
Nə qədər sərt olsa bəxtimiz, inai,
Ona bihuşluqdur yekanə dərman.