Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın əjdaha ilə vuruşması
Fərhadın əjdaha ilə vuruşması Müəllif: Əlişir Nəvai |
Mənbə:
|
Gecə dumanını dağıtdı səhər,
Kümüş lövhə qalxdı, sübh tazə-tor.
Gecə zülmətindən gün oldu əyan,
Əjdaha dili tək çıxdı kahadan.
Fərhad qüsl edərək ağladı bir az,
Pak oldu tanrıya eylədi niyaz.
Süheyla Fərhada nə tə'lim verdi,
Şahzadə yerinə bir-bir yetirdi.
Үz qoyub torpağa dua eylədi.
Özünə tanrıdan kömək dilədi.
Qoyub atasının ayağına baş,
halallıq istədi, tökdü qanlı yaş.
Xaqan yaxasını çırıb, didirdi,
Ağlaşdı camaat körüb bu dərdi,
Oğul hökmdardan dilədi aman;
Demə hökmdardan, qoşundan, xalqdan.
hündürdən qoşun da, xalq da ağladı.
Fələyin bağrını bu səs dağladı.
Oldu ulduzlara sanki hökmdar,
Atlı əjdaha tək yaman zəhmi var.
Silaha qərq oldu vücudu bütün,
Elə bil parladı səmalarda gün.
O mənzilə sarı atı sürərək,
Dilədi tanrıdan özünə kömək.
Oğlunun halını görüncə xaqan,
Özünü toplayıb getdi arxadan.
O mənzilə tərəf atını sürdü.
Orda əjdahadan əlamət gördü.
'atran tək qapqara düzü görüncə,
Zandı ki, yolunu bürümüş keçə.
Rəraq əyyamı tək əbədi zülmət,
Zülüm gecəsilə etmişdi ülfət,
1icran tək qaradır gecənin donu,
Zjdaha .nəfəsi qaraltmış onu!
<ülə batmış kəhər kedir çaparaq,
Qozdan at, gecə tək qaralmışdı, bax?
Zir üfunət yeli əsdi bu zaman,
Dənnətin xoş ətri yox oldu ondan.
Zu iy tə'sir etdi hər bir nəfərə.
Qıxıldı əskərlər atından yerə.
Yərhad dişlərini qıcadıb bu dəm, .
Zəla qarşısında durmuşdu möhkəm.
Göründü uzaqdan qorxunç mağara,
Fərhad üz döndərdi tələsik ora.
Yatdı insan iyi o əjdahayə,
Zcəl nizə vurdu min bir bəlayə.
heybətlə kahadan çölə süründü,
San göy qübbəsindən bəla göründü.
hirsi bir cəhənnəm oduna bənzər.
Qüstü kimi hər an qıvrılıb kedər.
Nəfəsindən alov sel kimi axır,
hər bir qığılcımı dünyanı yaxır.
Qüstü tək nəfəsi bir qara bulud,
Qığılcımı şimşək bərabərdə tut.
Vücudu bir bəla, bir möhnət dağı,
Sakki bir kahadır ağvı, dodağı.
Tüstü və atəşlə doludur kaha,
Dağ kimi uzanmış orda əjdaha.
Bir bəla dağıdır yolları kəsir,
Vücudu sel kimi rahətsiz əsir.
Özü-dağa bənzər, başı bir dimdik,
Bir qara daş kimi dayanmış dimdik.
Gözləri adama baxan zamanda
Odlu neft bulağı qaynayır onda.
Burun deşikləri boruya bənzər,
hər biri od saçan kürələr qədər.
Ağzından alovlar püskürən zaman,'
Sanki alov qalxır neft qaynağından.
Fələk kimi təni dağü-bəladır,
hər qolu, hər budu bir əjdahadır.
Əcəl pəncəsidir ondakı pəncə,
Yeddi qat göylərə vermiş işGəncə.
Onun hər dırnağı sanki bir oraq
Orağı almastək itidir ancaq.
Vücudunun rəngi kül rənglər kimi,
Үstü naxışlıdır pələnklər kimi.
Yerə quyruğunu çırpan zamanda
Sanki şimşək çaxır coşqun tufanda..
Zülmətə qərq edir tozu cahanı,
Sürmətək qaraldır mavi səmanı.
Ağzı od püskürür, dişlərində qan
Belə bir heybətlə çıxır kahadan.
Közüylə baxanda şahzadə sarı,
Qəzəbdən qalmadı səbri qərarı.
Elə bil yüyürür onun üstünə,
Ədəm əjdahaeı, o can qəsdinə.
Fələk şeypurunu zilə çƏgərək,
Ağız açır bəla darvazasıtək.
Nəfəsindən odlar saçaraq müdam,
İstədi yemini bişirsin tamam.
Qızartdıqdan sonra onu bir təhər,
Alıb mə'dəsində yaxşı həzm edər.
Açılar bununla tez iştəhası,
Qalan əskərlər də olar qidası.
Şahzadə qorxmadı əsla bu oddan,
Ona sirri həkim etmişdi əyan.
Əjdahanın odu etmədi əsər.
Yenidən bürüdü onu qanlı tər.
Əjdaha Fərhadı udmaq istədi.
Şahzadə «ey tanrım, kömək et»-dedi.
Qövsinqüzeh kim.i kərilmiş yaya
Qoyaraq oxunu, atdı o taya.
Atdı od püskürən əf'iyə sarı.
Pərəstişə gəldi göy ulduzları.
Əjdaha qıvrılıb çəkildi keri.
Oxa hədəf oldu onun hər yeri.
Amansız olsa da əjdaha fəqət
İlan-oxlar ondan müdhişdi, əlbət!
Oxlar qılınc kimi onu biçirdi,
Əti kabab kimi şişə keçirdi.
Kabab odu yaxdı tox olmaq üçün,
Ox kabab eylədi özünü bütün.
Bədənində vardı yarası sonsuz.
Onlara tökdülər çoxlu acı duz.
Artıq kucdən duşdü susdu əjdaha,
Yoxdu döyüşməyə qüvvəsi daha.
Pəhləvan at çapıb qılınc çƏgərək,
Almışdı üstünü qara buludtək.
Qılınc çəkiləndə bilmədi fələk,
Parlayan qılıncdır ya odlu şimşək.
Şimşək qılıncını çalaraq bir an,
Əjdahanı orda eylədi candan.
Fərhad əjdahanı sərib torpağa,
Əjdaha atını sürdü qabağa.
heç qorxu bilmədən kahaya girdi.
Orda daşın üstə yazılar gördü.
hamar bir daş üstə sözlər qazılmış,
Xəznənin yatağı burda yazılmış
Ki: -«Ey afaq içrə belə şur salan,
Tanrı kərəmindən cəsarət alan!
Öldürdükdən sonra əjdahanı sən,
Xəznənin yerini orda Görərsən...
Əjdahaya qalib gəldiyin üçün
Sönin olacaqdır bu xəznə bütün.
Kaha səma kimi dəyirmidir bax!
Mərkəz köqtəsini körəndə ancaq,
Sən əqiq rəngində bir daş taparsan,
Ağırlığı çoxdur bir min batmandan.
Qılıncın ucuyla kənarını yar,
Sonra çəkib onu yerindən qopar!
Rədd elə bu daşın zəhmətini sən,
Kör ulu tanrının mürvətini sən».
Şahzadə oxuyub bunu bitirdi.
Onları yerinə bir-bir yetirdi.
Bütün yazılana etdi riayət,
Orda sonsuz xəznə tapdı nəhayət.
Fələk xəznədarı aciz saymaqdan,
Mində birini də körməmiş insan,
Neçə min küp qızıl qoymuş Firidun,
Kay küpü qədərdir hər biri onun.
Qızıl, kümüş oldu bə'zində zahir,
Bə'zində qiymətli qaş-daş, cavahir,
Xəznənin altıydı bir ali eyvan,
Ki, hörümçək olur bürüncdə Keyvan.
Eyvanda qaş-daşlı gözəl bir taxt var
Үstündə yüz cürə qəşənk parçalar,
Bir qılınc sancılmış yuxarda parlaq,
O zülfüqar kimi itidir ancaq.
Yanında bir qalxan vardır ki, əflak
Tutur qübbəsini günəşdən də pak.
Үstündə yazılmış onun bu sözlər:
«Sən ey şah taleli olan bəxtəvər!
Bu qalxan, bu qılınc düşsə əlinə,
Birin as, birini bağla belinə.
Yüz div də birləşib çıxsa qarşıdan,
Toza döndərərsən onları inan.
Qalxan qübbəsində, üzük qaşı tək
İsm-əzəm yazdırmış Süleyman, gerçək.
Bu adda elə bir qüvvət var Əgər,
Yüz min div də çıxsa azğın, hiylƏgər,
Tutsan qabağıida bu qalxanı sən,
Bu hörmətli adı ona göstərsən,
Onlarda nə qüvvət, nə çür'ət qalar,
hamısı torpaqla olar bərabər.
Qılıncda da vardır bu ad, ey insan!
İtilik almışdır qılınc bu addan.
Onun xasiyyəti budur ki, Əgər
Bu qılıncla vursan haqsız zərbələr,
Künahı olmayan kimsəyə əvəz,
Bu qılıncdan əsla bir zərər dəyməz.
Lakin iki bölər pis iş körəni,
Şeytani-ləini və əhriməni».
Bu iki töhfəni tapınca Fərhad,
haqqa səcdə edib oldu könlü şad.
Öpüb o qılıncla qalxanı aldı,
Belinə bağladı, boynuna saldı.
Ata minib oldu yoluna rəvan
Onu közləyirdi əskərlər xaqan.
O əjdaha ilə vuruşan zaman
Qatran tək bir toza batmışdı cahan.
İtirmiş əskərin çoxu huşunu,
huşda olanlarsa körmürdü onu.
O İskəndər kimi zülmət içindən,
Çıxıb gələn zaman dəhşət içindən.
Xaqanla, Mülk-ara eylədi əfğan.
hazırdı əskərlər keçməyə candan.
Xilas olub qorxunc bir əjdahadan,~
Fərhad sağ dönmüşdü bu cür bəladan.
Xəbər tutmamışdı hələ əskərlər
Ki, əf'idən artıq qalmamış əsər.
Olunca bu işdən xəbərdar ata,
Dedi:-«Canım olsun yolunda fəda!»
Xəbər gedib elə çatımca birbaş,
Dualar,etdilər, gözlərində yaş.
Fələk dəhşətli bir külək qopardı,
Səhranı bürüyən tozu apardı.
Aydın şərq günəşi doğdu göylərdə,
Əjdaha cəmdəyi göründü yerdə.
Açıldı vadi də, göründü dağ da,
Kahanın qapısı göründü dağda.
Ona doğru getdi Fərhadla xaqan,
Düzü başdan-başa bürümüşdü qan.
Verdi o xəznəni xaqana Fərhad
Ki, paylayıb etsin çamaatı şad.
Anlatdı onların xasiyyətini,
O iki töhfənin keyfiyyətini
Bu töhfədən xaqan şad oldu o gün,
Tutdu xəznəsindən onları üstün.
Bu iki qiymətli töhfədən xaqan,
Bir də əjdahanın məhv olmasından
Xeyli sevinərək, unutdu dərdi.
Töhfələrçin xeyli şadlıq göstərdi.
Dağa tərəf çəkdi qoşunu, bütün.
Səhra qan selinə batmışdı o gün.
Yer verib qoşuna sevincli və şad,'
Əjdaha dərdindən oldular azad.
Nə xoş əjdahanı qətl edib tamam
Xəznələr paylamaq dünyada müdam!
Qorxunc əjdahadan oldular xilas,
Sərvətə sevinib, etdilər niyaz.
Günəş, Fərhad kimi nizə çəkəndə,
Gecənin qanını yerə tökəndə
Səmanı şəfəqlə bürüdü al-qan:
Verərək yerdəki bu qandan nişan.
Onlar eyş eviii etdilər abad,
Mey içib oldular o gün xeyli şad
Məclis qurub fələk külüstanı tək,
Külkün mey içdilər əjdər qanı tək,
Mey tök, saqi, məni qəmdən azad et!
Kəl mənə həmdəm ol, könlümü şad et!
Əjdaha qanı tək şərab tek, ancaq.
İçib bu sərvəti kefdə paylayaq.