Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın Qarindən daş yonmaq öyrənməsi
Fərhadın Qarindən daş yonmaq öyrənməsi Müəllif: Əlişir Nəvai |
Mənbə:
|
Üzünə nəqş etmiş belə bir rəqəm
Ki, evə çatınca şahzadə axşam,
Könlü bir ləhzədə olmadı aram.
Fikri ayrılmırdı o tamaşadan,
Marata, hayəcana düşqürdü hər an.
hər şeyi həll edər ağıl dünyada,
həvəs qarşısında acizdir o da.
Gecə zülmət çağı çevrilən zaman
Zəlzələ baş verir sanki dağlardan.
Günəş lə'li qurdu çün dağlara taxt,
Mərmər ronkli etdi sübh göyü o vaxt.
Elə ki, ucalıb gün göydə yandı,
Tamaşa etməkçün Cəmşid atlandı.
Gəlib həmin yerə yetişən zaman,
Ustalar içinə düşdü həyəcan.
hər işə salaraq ani bir nəzər,
Bir an dayanmadan edərdi küzər,
O hansı sənətə nəzər salırdı,
Onun sirlərindən hali olurdu.
Bu.ndan ruhlanaraq hər əhli-hüior,
İşə daha artıq sə'y eylədilər,
hərəni bir sözlə çün xoşhal etdi,
Şahzadə Qarinin yanına getdi.
həmin qranitdə o tutdu yerin,
Yonmağa başladı tez onu Qarin.
Mahir bir dəmirçi çağırtdı işo,
Poladdan qayırsın möhkəm bir tişə,
O dəmir pəncəli, o dəmir peşə,
Buyruğu eşidib başladı işə.
Oddan dəmir oldu lə'li-Bədəxşan
Sanki şəfəq içrə günəşdən yanan.
Usta alətləri qayıran zaman,
Qarin su verərdi onlara o an.
Sonra qraniti o yonar ikən,
Qığılcım qalxardı qranitlərdən.
O hansı bir işə baxsaydı nəhan,
Nəhanı aşikar edərdi o an,
Elə mənimsədi işi dərindən,
Ona rövnəq verdi yüz min yerindən.
həm də ki, həvəsə elə tutuldu,
Yüz Qarin önündə bir şakird oldu.:
Bə'zən eldən edib gizlin əndişə,
Alardı əlinə xəlvətcə tişə,
Bir anda işlərdi gizlin o qədər
Bir ildə Görərdi onu özkələr.
Şahzadə bununla hər gün məşq etdi,
həmin bu peşədə kəmalə yetdi.
Çün Gəlib keçincə dörd il baş-başa
Cənnət tək derd saray yüksəldi qoşa.
Qəsrin xariçini Qarin işlədi,
İçərsin tamam Mani naqşlədi.
həm də o rənglə ki, danışdıq bayaq,
Vurdu saraylara nəqşi yüz sayaq,
Kər rəssamın çəkmək hünəri vardır,
Şahzadə həm rəssam, həm sahibkardır.
hansı bir surəti çəksəydi Mani,
Үzünü çƏgərdi şahzadə ani,
Az zaman içində göründü bunlar,
Öyrəndi hər işi Fərhad necə var.
Saraylar göylərə qaldırınca baş,
O həm daşyonandı, həm də ki, nəqqaş.
hələ bunlar nədir hər mahir ustad
Sənətilə qoydu burda böyük ad.
hansı bir peşəyə meyl etdi Fərhad,
Oldu o peşədə mahir bir ustad.
Müxtəsor, dörd saray belə qurtardı,
İçində cənnət tək bağları vardı.
Bahar sarayının işi bitən gün
Al idi daxili, xarici bütün.
həm də al rəngdəydi, bütün lövhələr,
Sanki külşən içrə əylənirdilər.
Al, zarif xalılar döşəmiş yerə,
Yataqlar tutulmuş al ipəklərə.
Al idi pənçərə, buxarı nə var,
Nəinki qapılar həm astanalar.
Baxdıqca alırdı hovuzları çan,
Kiçik daşları da lə'lü yaqutdan.
Axır külrəng şərab, arxlardan daşır.
Orda hovuzların ağzından aşır.
Küldən hər tərəfdə külşən açılmış,
hər yana baxırsan küllər saçılmış.
Kəzib külüzlülər dolaşır qoşa,
Al ipək keyinmiş ayaqdan başa.
Sonra yay bağına baxdığın zaman,
Bir saray körursən rəngi minadan.
Ona göy rəngində vurulmuş zieət,
Köy ondan solğundur eləsən diqqət.
hər yana baxırsan səbzəsi növbər,
Bütün çəmənliklər sərv, sənubər,
Tutuquşu demə, oöylə bir mələk,
Yaşıl keyinmişlər sanki mələk tək,
Səbzə rəngi keymiş gözəllər tamam
Kəzirdi əllərdə mina rəngli cam.
Orda zəbərcəddən vardı hovuzlar,
Zümrüd daşları da par-par parıldar
Köy kimi maviydi sarayın daşı,
Sanki qübbələri yaşıl bir kaşı.
Çün yaşıl rənadəydi onun hər yeri,
Yaşıl çinindən də deşəmələri
hər yana döşənən körpə otlar da,
Bir şənlik gətirən Xızrdı orda.
Daha bir saray var rəngi lap xəzan
Divarların rəngi sanki zə'fəran,
Qızıllanmış idi qübbələri çün,
Fərşi də qızıla tutuldu bütün.
Eylədi sənətkar göstərib hünər
Sarayın içini, xaricini zər.
Orda hər surətin sanki çanı var.
Kün kimi parlaqdır xaric divarlar.
Orda hovuzların yanları, dibi
Cənnətdə olan tək qızıldan idi.
Sarı mey hovuzda olarkən rəvan,
Sanki gün doğardı bu hovuzlardan.
Mey daşıb aşarkən burdan, elə bil
Xəzandır, budaqdan yarpaq tökür kül
Orda günəş kimi gözəl sənəmlər,
Kəhrəba rəngində keymiş keyimlər.
Körənlər həycaıa düşür onları,
Aşiq üzü kimi sarı donları.
Dördüncü sarayın rəiki nur kimi,
Ağ rəng vurulmuşdu bir kafur kimi.
həm içdən, həm tişdən mərmər idi bu
Nə mərmər, hər yanı yaşəm kafuru.
Elə bil kümüşdü hovuzda sular,
Sularda bir civə parlaqlığı var.
Ağ kirəcdən idi kümüş rəvağı,
Sanki qaş altında gözlərin ağı.
Ağ ipəkdən idi haşiyələri,
Ağ çinilər ilə döşənmiş yeri.
hər evdə nur saldı bir kümüş bədən,
Əynində paltarı bərki-yasəmən.
hovuzdan sədəf tək axırdı sular,
hər qətrə elə bil incidir parlar.
Veləydi dörd ədəd Çin bütxanəsi,
İçində dörd saray, cənnət hərəsi.
hər saray sanki key eyvanı idi,
hər bir dairəsi günəş qədərdi.
Orda hər bağ sanki baği-İrəmdi,
Nə İrəm! Bəlkə də beytülhərəmdi.
Çün Mülk-aranın sə'yilə bütün,
İş başa yetişib qurtardı o gün,
Gəlib xan önündə eylədi təqr.ir,
Dörd çətin sarayın işindən bir-bir,
Mülk-ara sözünü qurtaran zaman,
Tamaşa etməyə yola düşdü xan.
Sol yanında müdrik vəziri kedir,
Ki, əqli elkəni nura qərq edir.
Sağ yanında kedir şahzadə Fərhad,
Ata ilə oğul hər ikisi şad.
Tez birinci bağa etdilər səfər,
Şah ilə şahzadə, vəzir bərabər.
Tamaşa etməkçün düşdülər atdan
Baxdıqca doymurdu köz bu büsatdan.
Bağlarda mö'cüzlər vardı nə qədər!
Sarayda min cürə şeylər gördülər.
Cənnətdən gözəldir ikinci saray,
Үçüncü saraya tapılmazdı tay.
Dördünçüdə sənət o qodər çoxdu,
Saraylar içində buna tay yoxdu.
Bu o.ndan üstündü, o bundan üstün,
Dördü bir-birindən üstündü bütün.
Onun hər birinə baxdıqca insan
heyran qalır idi bu tamaşadan.
Kim gözəldir desə birin körən tək,
Bunu unudardı o birin körcək.
Almağa nə qədər tamahları var,
O qədər mükafat aldı ustalar.
Mülk-aranın artdı min qat məqamı,.
Yüz min qat çoxaldı həm ehtiramı.
Ona bəxş edildi sonra hər nə var:
Ordaki hurilər, bağlar saraylar.
Bir il elə şənlik düzəltdi ki, xan^
Dil onu deməkdən acizdir inan.
Mülk-araya tez ol,-dedi hökmdar,-
hər bir kecikmədə mütləq zərər var.
hər sarayda düzəlt bir fəsil çağın,
Үç aylıq eyş ilə işrət yarağın.
hansı fəsil olarsa, keçən bu üç ay,
Ona uyğun olsun gərək o saray.
Bunu eşidərkən o müdrik vəzir,
Əmrlər verməyə başladı bir-bir.
Xəzna qapıların açıb bu zaman,
Verdi kef çəkməyə belə bir fərman:
hər fəoil bir saray düzəltsin büsat,
Qoy hər gün kəsilsin min qoyun, yüz at.
Bunlara layiq də şərabla yemək,
həm ə'ladan ə'la, çoxdan çox gərək.
İpəyə tutulmuş orda hər nə var,
Yerə döşənmişdi zərif xalılar.
Meyvənin yox idi orda qədəri,
Bir də nəhayətsiz Çin yeməkləri.
Saqi, Çin meyilə elə bizi məst
Ki, bir Çin gözəli edib cana qəsd.
Çün getdi şənliyə xaqanı Çinin
Qoy biz də kef edib, içək həmçinin.