Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın sevgisi
Fərhadın sevgisi Müəllif: Əlişir Nəvai |
Mənbə:
|
Mühəndis bu qəsri tikdiyi zaman,
Onu bu növ ilə qurmuşdur: xaqan
haman arzusuna elə ki, yetdi,
Şənlik məclisində o, dinclik etdi.
İndi o, şam idi evində rövşən,
Məçlisi o güldən olmuşdu gülşən.
Alovlanai bir qəlb olsa da o şam,
Qəlbi yandırardı alovu tamam.
Alışıb parlardı bə'zən alovlar,
Bə'zən də göz yaşı olardı onlar.
Eşq onun üzünə dəyərdi nəhan,
Olsun qoy bu gülun rəngi zə'fəran.
Deyərdi qəm yükü ona gizlicən,
«Dal» tək əyməliyəm bu əlifi mən!
Dərd çəkmək istərdi gözünə füsun
Ki, bir gün onları yuxusuz qoysun.
O könlü qorxudub deyərdi kədər:
Qoy yıxım bu ezi qalmasın əsər.
Əgər bir iş etmək istəsə təqdir,
Qabaqdan əsərin göstərər bir-bir.
Qızdırma ediicə zahir şərarət,
Bədəndə əvvəlcə olur hərarət.
Yarpağı tökmədən qabaqca xəzan,
Rənkini çevirib eylər zə'fəran,
Kimə ki, bir bəla yetirir təqdir,
•Əvvəlcə eyləyər əhvalın təğyir.
Çün onun qarşıda çoxdu kədəri,
Qəm ilə boyandı şadlıq günləri.
O, eyşü-işrətə meyl eylənən tək,
Əlində parlarkən şərabi-külrəng,
Musiqi coşardı o vaxt hər yandan,
hər könlə, bir şənlik gətirən dastan:..
O nəğmə ki, xalqı ey.ləyzrdi şad,
Onu qəm içində eylərdi bərbad.
Məcnundan desələr dastan içində,
Könlü çırpınardı al-qan içində.
Nə zaman dinləsə qəmli rəvayət
Bu qəmdən olardı qəmkin nəhayət.
Eşitçək eşq ilə aşiqliq sözü,
Çaylar axıdardı durmadan közü.
Xan olduğu zaman bu işdən akah,
Fikirlər içində çəkdi soyuq ah,
Ki: neçin olmadı o heç zaman şad:
Үrəyi qəmlərdən, qüssədən azad?
Nədir eylədiyi bu ahü fəğan,
Neçin ayrılmayır köz yaşlarından?
Deyim Çin mülkündə qəribəlikdən,
Əcaib işlar var nə qədər desən.
Yasəmən sinəli qızları çoxdur,
Mahir ustaların əvəzi yoxdur,
Vəfasız göy kimi oyunbazlar var,
Köy tasından mehrə oğurlar onlar.
Nə vaxt düzəltsələr bir əfsun Əgər,
On dəfə aldanar hər anda göylər,
Kündüz ay doğurub, gecələr günəş,
Oddan su səpərlər, sudan da atəş.
Alovdan göyərdir onlar süpəndan,
hörümçək torundan asarlar zindan.
Bu kimi minlərcə məkr, əfsunlar,
Onun nə həddi var, nə hüdudu var.
hər gün ki, şənlikdə olaraq zahir,.
Min əfsun edərdi onlar təzahür,
Şahzadə dalaraq xəyalə dərin,
Təhqiq eyləyərdi keyfiyyətlərin.
Tapmaca tapılsa, şənlik olardı,
İşdə nə mö'cüzə, nə sirr qalardı.
Bir gün çətin işlər olunca asan,
Qəribəliklərdən qalmazdı nişan:
Bunlar ilə dəxi şahi-cahankir
Eyləyə bilmədi bu işə tədbir'.
Təhəmmül elədi yenə də naçar,.
Düşündü verməkçin ayrı bir qərar
Ki, derd qəsr eyləsin bununçün bünyad,
hər fəsl birində yaşasın Fərhad.
Düzəltsin şadlıqçın nə varsa bütün,
Fərhad dərdlərini unutmaq üçün.
hər qəsrin yanında saldırsın bir bağ,
O bağın hər külü olsun şəbçiraq.
hünərvərlər orda eyləsin gərək,
hər qəsri hər fəslə münasib bir rəng.
Bahar sarayına verərkən əsas,
Qızıl küllə gərək edilsin qiyas,
Kül üzlü büt kimi gözəl qurulsun
Gözəl yanağı tək min rəng vurulsun.
Yay sarayına da bina qoyan gün
Orda bolluq olsun yay kimi bütün,
Yaşıl olduğundan bağda yarpaqlar,
Saray yaşıl olsun dedilər onlar.
Payız sarayına başlanan zamaç,
Onun da rəngini edin zə'fəran.
həm də ki, xəzanə oxşamaq üçün,
Qızıl suyu ilə bəzənsin bütün.
Olsun qış sarayı qışın rəmzitək,
Ağ çin ipəyilə bəzənsin gərək.
Baxanda qar ilə buz əks salsın
Düm ağ kafur kimi bir rəng alsın.
Köylərə bənzəyən bu saraylarda
İlin dörd fəsli də kəlməli yada.
Elə Çin lövhəsi çəkilsin gərək
Ki, olsun fəzası cənnət bağı tək.
Saraylar tikilib qurtaran zaman,
Ora lazım olsa huri və qılman
Xata ilə Çində varsa nə qədər
huriyə, qılmana əvəz gözəllər,
Onlar bu cənnətdə olsun xuraman,
Cənnətdə kəzən tək hurilə qılman.
heç şübhə yoxdur ki, bu dəbdəbələr
Bizim şahzadəyə şənlik gətirər.
Ustad bu işlərə əsas qoyanda,
hazırlıq işləri qurtaran anda,
Bütün sənətkarlar göstərər hünər,
Daş yonan da olsa nəqqaş da Əgər,
Biri yonar yüz cür qranit hər an,
hovuz, ya döşəmə etməkçün ondan.
Biri hərdəm çƏgər yüz gözəl lövhə,
Sarayları bir-bir bəzəsin deyə.
O vaxt ki, nəhayət, həmin karxana
Qurtarıb bir gündə yetəcək sona
O zaman köz burda körəcək nələr?
hər addım başında gözəl şəkillər!
Bir şəkil olacaq köz qabağında,
Tam ayrı bir şəkil çevrilən anda.
Lövhələr xoş kəlsə Əgər közünə,
Yüz iş tapacaqdır Fərhad özünə.
Saray tikilərək tapsa bir sənət,
Qurtaran zamanda sürərsə işrət,
Alışar bunlara nəhayət Fərhad,
Şübhəsiz ki, olar qəmlərdən azad.
həmin bu işlərə başlayarkən xan,
Qəlbində bir şadlıq duydu o zaman,
Müdrik bir vəziri var idi xanın,
Ölkə tədbirilə abaddı onun.
Çinin ondan idi zinəti bütün,
Mülk-ara adlandı o bunun üçün.
Ondan məsləhətsiz iş körməzdi xan,
Rə'yincə kedərdi, onun hər zaman
Atabəy olmuşdu vəzir Fərhada,
Ata tək sevirdi vəziri o da.
Aşüftə halına yanardı gerçək,
Xəzinəsi itən xəzinədar tək,
Bu fikirlər ilə vəziri pünhan,
Bir gün öz yanına çağırtdırdı xan.
Sarayın vəsfindən, huridən dedi,
Açıb xəyalını bir-bir seylədi.
Vəzir cavab verdi tə'zim edərək:
«Sizdən gizlin bir şey qalmamış, gərək
İşə başlanılsın bir an durmadan».
İşləri tapşırdı vəzirinə xan.
Vəzir fərmanından şadlandı xanın,
Önündə baş əyib o hökmranın.
Oradan şad-xürrəm qayıtdı keri
Tökdü bundan sonra çox tədbirləri.
Təmiz şərab gətir, ver mənə saqi!
İş başa çatmıaddır içək şərabi;
Köydə yeddi qəsrin vəfası yoxdur,
Dünyada dörd fəslin bəqası yoxdur!