Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın tərbiyə olunması
Fərhadın tərbiyə olunması Müəllif: Əlişir Nəvai |
Mənbə:
|
Bəzəkli məçlisdə mahir nəğməkar,
Dastana bu sayaq başladı təkrar:
Oğul bəxş edərkən ona yaradan,
Bu gözəl töhfədən çox şadlandı xan.
Sevindi uşağın gözəlliyilə,
Hazırlaşdı ona ad qoysun deyə.
Həmin o şahanə hüsnün nurundan
Sonsuz işıqlara qərq oldu cahan.
Tale yardım etdi, üz verdi dövlət,
O nurdan hər bir kəs tapmışdı zinət.
Bütün bu əsaslar üzərində xan,
Fərhad ad qoymuşdu ona bu zaman.
Dedi: «Fər-nur demək, baxt isə-hadi»
Bundan şahzadəyə verdi o adı.
İpəklərə büküb şahın oğlunu,
Qaş-daşlı beşiyə qoydular onu.
Yox, ata qoymadı onun adını,
Sevgi körən kimi təmiz zatını,
Ona Fərhad deyə, o, ism qoydu,
həm də hərflərini beş qism qoydu:
«Fəraq», «rəşk», «hicr» və «ah» ilə «dərd»,
Onların ilk hərfin eyləyərək fərd,
Sonra eşq ustadı sözləri qatdı,
Bu tərkibdən onun adın yaratdı.
Kədər beşiyində ağlatdı onu,
Həmin buxov ilə bağlatdı onu,
Uşaq dinclik tapdı, müxtəsər desək,
Şahanə qəfəsdə huma quşutəg.
Ona dayə oldu çərxin kəlini,
Bildi hər halını tutdu əlini,
Yığıldı yanına nə qədər ki, var,
Gözəl nəğmə deyən çinli qadınlar..,
Yuxudan eylədi xalqı şıltağı,
Laylada tutdular o dəm uşağı.
Başqa uşaqlara bənzəmirdi bu,
Bir an gözlərinə kirmirdi yuxu.
Cismi tapsın deyə qüvvət və mayə
Südünü sağırdı aqaına dayə,
Ona xoş gəlirdi bu südü içmək,
Үzümlə qarışmış badam yağıtək...
Verdi neçə qətrə süd, eşq dayəsi,
O dəyişib oldu eşq sərmayəsi
Dürrə çevrilirdi nə içsə uşaq,
Mə'nəvi dürr idi bu dürr ancaq,
Onun qarışqadan azdı qidası.
Ancaq ki, qüvvətdə aslan balası.
Kim eşqə düşərsə, ona gələr qut,
Süd içsə dürr olar, qan içsə yaqut.
Tamam olar ikən onun bnr yaşı,
Şərəf incisilə dolmuşdu başı.
Qalxıb beşiyini tərk etdi bir gün,.
Özü özbaşına yerimək üçün.
Sonra üç yaşına Gəlib yetişcək
Sözləri ağzından saçıldı dürr tək.
hər sözü-söhbəti eşq əfsanəsi,
Oldu məskəni də eşq kaşanəsi.
Үç yaşlı olarkən, kerGəmi ilə
On yaşdan az vermək olmazdı tiflə.
Bu işdən qalmışdı el ona heyran.
Günəş də heyrətə düşdü bir zaman.
Ata belə körcək işləri əlbət,
Onu oxutmağı bildi məsləhət.
Çağrıldı o dəmdə həkimi-zaman,
Biliyilə, cahan içində, cahan.
Köyün sirlərini oydu həll edən,
Köylər dad edərdi onun əlindən.
Günəş tək aydındı mühakiməsi,
Ondan da parlaqdı könlünün səsi,
Bir elm yox idi heç ondan nəhan,
Nə vardı ki, ona olmasın əyan!
Köylərə sürərkən o fikr atıiı,
Öyrəndi göylərin yeddi qatını.
hikmət nöqtələrə bölsəydi fərdi
Nöqtə gözlərində cismə dönərdi.Ona ilahiyyat, hesab, təbiət,
«Əlif», «bəy», «tey» kimi aydındı əlbət.
Fəlsəfi biliyi çatdı Yunana.
Bir kiçik şakirddi Ərəstu ona.
Məçlisə gələrkən həkimi-aləm,
hökmdar, Fərhadı çağırtdı o dəm.
Çox sə'y eylədilər təhsili üçün,
Köyün ortasında mənzil tutdu gün.
Ustad «əlif», «beydən» başladığı dəm,.
«Beyə» bəla deyib «əlifə» ələm
Gül üzlü şahzadə vermişdi ilk gün,
Əbcəddən hədiyyə atası üçün.
Үç ay keçməmişdi oxudu rəvan,
Əzbəri olmuşdu bir ildə qur'an,
O hər hansı dərsə baxsa bir kərə,
Bir də əl vurmazdı o vərəqlərə.
Könlünə yazardı onları özü;
Yox, o can lövhinə yazardı sözü.
Bir dəfə oxusa dərsini ancaq,
Əzbər bilər idi o varaq-varaq:
Görərkən eşq ilə aşiq sözünü
Könlü vurğun gördü buna özünü.
Şərhini eylədi çox dəfə təkraru
Tez-tez oxuyaraq etdi ahu-zar.
Hər eşqə düşənin halına yandı,
Hər gözü yaşlını bir yoldaş sandı1.
Kim etsə dərdindən bir az rəvayət
Ona rədd edərdi tamam sirayət.
Bir qəlbi oxursa, fikrində ağlar,
Bir gözdə yaş görsə ağlardı zar-zar
Həkimi lal etdi Fərhadın dərdi,
Dərhal öz-özünə yüz hökm verdi.
Getdikcə atanı heyrətlər aldı,
Ana fikir əlində lap aciz qaldı.
Dedi: «Uşaqlarda bu hal çox olar»
Xaqan dedi: «Yoxmu başqa uşaqlar»
Hərə bir növ ilə dedi bir tədbir,
Ancaq bilmədilər nə yazıb təqdiri
Onun, el içində yayıldı sözü;
Yenicə çatmışdı on yaşa özü
Bütün elmləri bildi dərindən
Bir nöqtə qaçmadı nəzərlərindən.
On yaşını tamam etdiyi zaman,
Az vermək olmazdı iyirmi yaşdak.
Elmi vərəqlədi, elə ki, bir-bir,
Bildi dilavərlik silahı nədir.
O hər hansı işə meyl etsə Əgər,
Çətinlik çəkmədən onu düzəldər.
Həm qövs-qüzəhi o elə əydi,
Məşriqi əyərkən, məğribə dəydi.
Zülmətdə gər nişan alsa Sühanı,
Fələkdə vurardı həmin nişanı.
Ayrı nişan alıb ox atsa Əgər,
Fələk qəhrəmanı afərin deyər.
Dəysə qılıncının zərbəsi hara,
Yarılıb yarağan olardı ora.
Nəinki yer, hətta qranit dağlar,
Onun zərbəsindən yarığan olar.
Əgər vursa idi Elbursa bir gürz,
Uçardı, toz kimi qalmazdı Elburs.
O dövri-fələyə nizə tutan tək,
Qorurdu qalxanla özünü fələk.
Nizənin küt ucu balıqdan keçər.
Tiz ucu fələyin qəlbini deşər.
Döyüş meydanında at çapar ikən,
Düşmanlər qaçardı qərbdən-şərqəcən.
Göyün yel atını ötər səməndi,
Bəhramın boynuna düşər kəməndi.
Geyə zərbə vurdu o şeşpərindən,
Hutun qəlbi oldu su, xəncərindən.
Şir bürcünün boynun əlilə üzdü,
Onun qarşısında şirlər gücsüzdü.
Ağrı duyar idi hətta Ruintən,
Nə vaxt tutsa idi onun əlindən.
Elm dünyasında bir parlaq gövhər
Qüvvət aləmində göstərən hünər,
Heç saydı özünü, əbcəd oxur tək,
Nəinki elmdə, gücdə də gerçək.
Şahlar, qapısında onun bir gəda,
Gədaların ayaq tozuydu o da.
Onunçün şah, gəda nə fərqi vardı,
Gədanı şahdan da üstün tutardı.
Nə ki, könlü, onun gözü də pakdı,
Dili pak, sözü pak, özü də pakdı.
Layiqdir bu təmiz böyük varlığa,
Dünyada kim varsa eyləsin dua.
Soyuq yellər əssə üstündən nagah,
O vaxt Çin xalqı da çəkər soyuq ah.
Fəda edər ona el xanimanın,
Nə ki, xanimanın, bəlkə də canın.
Ona toxunmasın deyə bir xata,
Hər gün bir xəzinə paylardı ata.
Uşağın duysaydı bir dərdi vardı,
Onu ölümlərdən satın alardı.
Dərdə əsir oldu Fərhadın başı,
Gəlib çatar ikən ondördə yaşı.
Saqi, qəm dağıdan şərab ver bizə,
Əsər eyləmişdir dərd qəlbimizə.
Başımın üstündə çəkməmiş ikən
Kədər xəncərini, şənlik düzəlt sən.