Fərzəndani-şəbüstər

Fərzəndani-şəbüstər
Müəllif: Mirzə Əli Möcüz
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Yemiyək, içmiyək, boş sözlər danışmayaq,
Möhtac olluq düşmənə biz egər çalışmayaq.
Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər.
İzzəti, dövlətidir hər insanın sənəti,
Hünərsiz millətlərin yoxdur qədri-qiyməti:
Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər.
Elmsiz əgər biz yaşasaq gecə-gündüz,
Vallah, billah, vətəndə gülməz hərgiz üzümüz,
Fərzəndani-Şəbüstər, vətən bizden elm istər.
Çalışan alişan olur, olmaz pərişan,
FƏTZ edib axer bizə nəbiyi-zişan,
Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər.
Oxuyaq, anlayaq, qardaş, cahil qalmayaq, rahil qalaq biz?
Niyə vətəndən kam almayaq? Fərzəndani
-Şəbüstər, vətən bizdən elm istər.