Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim
Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.217. |
Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim!
Eylədin mərdümə nəm olduğun izhar mənim.
Dəhənin istərəm, ey eşq, yox et varlığm
Ki, yox olmaqda bu gün bir qərəzim var mənim.
Çıxmış əğyar ilə seyr etməyə ol mərdümi-çeşm,
Bu əcəb, mərdümi çıxmış gözüm ağılar mənim.
Bu təmənnadə ki, ol şəm’ ilə həmsöhbət olam,
Dudi-ah etdi dünüm tək günümü tar mənim.
Mövc ilə könlümü, ey əşk, qopar yanımdan,
Nalə ilə başım ağrıtdı bu bimar mənim.
Çıxmış ol şux bu gün tökməyə qanın görənin,
Girmə ey göz, kərəm et, qanıma, zinhar mənim.
Ey Füzuli, dərü divarə qəmim yazmaqdan
Şahidi-hali-dilimdir dərü divar mənim.