Faydası nə (Nəbi Miskin)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
%25 tamamlandı
Faydası nə
Müəllif: Nəbi Miskin
Mənbə: Müşfiq Borçalı, BORÇALI ŞAİR NƏBİ (1873-1945)

Mənasız, münasibsiz sözü bilməyin faydası nə?
İzinsiz, təklifsiz yerə varmağın faydası nə?
Uzaq dolan hərcayidən, düşmə qəm girdabına,
Əql ucundan sonra peşman olmağın faydası nə?

Yarı gördüm bağ içində ötürdü bülbül kimi,
Bircə saat görməyəndə günüm keçir il kimi.
Bir könül ki, fərəhlənib açılmaya gül kimi,
Arsız-arsız el üzünə gülməyin faydası nə?

Şair Nəbi bu şərtinən edər nəyin mətini,
Bir saat fikir verəsən sən bilərsən zatını.
İslam gərək yaxşı bilə şəriətin şərtini,
İbadəti riya üçün qılmağın faydası nə?