Görübdü
Görübdü Müəllif: Aşıq Şenlik |
Mənbə: |
Necə söz deyəsən qəm ərbabına,
O da sənin kimi zəri görübdü.
Dindirəndə haldan olar xəbərdar,
Cəbrə düşüb hər əfkarı görübdü.
Dost dostuna etsə iqrar imanı,
Qiyamətə gedər müddət zamanı.
Könül uman yerdən kəsməz gümanı,
Çün əzəldən etibarı görübdü.
Şenliyin zehnini verməyin zaya,
And verirəm, o yaradan Xudaya.
Bel bağlama dövrü keçən gədaya,
Neçə əyyam ruzigarı görübdü.