Görüm, ey zülfi-girehgir, pәrişan olasan
Görüm, ey zülfi-girehgir, pәrişan olasan Müəllif: Ağaəli bəy Naseh |
Görüm, ey zülfi-girehgir, pәrişan olasan,
Mәn tәk aşüftәlәnib bisәrü saman olasan!
Әridib könlümü gözdәn tökәn, ey çәşmi-ğәzal,
Müttәsil dideyi-aşiq kimi giryan olasan!
Ey lәbi-lәl, dodağım kimi qanın qaçsın,
Qanә dönmüş cigәrim tәk dönәsәn qan olasan!
Düşәsәn atәşә, ey xal, olasan xakistәr,
Mәcmәri-sinәdә bağrım kimi büryan olasan!
Ey sәri-kuy, görüm zövqü sәfasız qalasan,
Gülşәni-nüzhәt ikәn külbeyi-ehzan olasan!
Mәnzil oldu mәnә duzәx, görüm, ey gülşәni-hüsn,
Sәrsәri-hadiseyi-dәhr ilә viran olasan!
Ey qәdü qamәti-mövzun, әyilib incәlәsәn,
Atәşi-eşqdә cismim kimi suzan olasan!
Ey dili-sadә, bu sövdadә sәnindir tәqsir,
Yanasan, odlanasan, xak ilә yeksan olasan!
Naseha, sәn dә fәğan eylәmә, canın çıxsın,
Kim dedi aşiq olub, hicrdә nalan olasan!