Görüm (Mirzə Mehdi Şükuhi)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görüm Müəllif: Mirzə Mehdi Şükuhi |
Mənbə: Mirzə Mehdi Şükuhi. Şeirlər — azadliq.org saytı. Yayımlanıb: 13.07.2014 |
Bülbül kimi bu gülşənə gəlmişəm,
Lalə görüm, sünbül gorüm, gül görüm.
Deyirlər səndə var çox şivə, xəndə,
Bircə kəlmə danış görüm, gül görüm.
Bir yol gördüm yıxdın xanimanımı,
İtirdim aləmdə adü sanimı.
Bir də üzün göstər, gəl al canımı,
Gəlmişəm tanrıya təvəkkül görüm.
Mən razıyam hər nə olsa müqəddər,
Zülmün Şükuhiyə xoşdu, sitəmgər.
Bu mən, bu baş, bu yol, bu sən, bu xəncər,
Zəhmət çəkib ayağa dur, gəl görüm!