Görünür (Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görünür Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.10 |
Qara qaşlım, sağın dolan,
Qoynunda narın görünür.
Tökülübdü dal gərdənə,
Zülfü şahmarın görünür.
Qönçətək açmış yanağın,
Baldan şirin dil-dodağın.
Ay bənövşə, yetkin çağın,
Bağçada barın görünür.
Məmmədhüseyn üz aşiqi,
Şirin-şirin söz aşiqi,
Səntək novrəs qız aşiqi,
Qarşıda yarın görünür.