Göründün
Göründün Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Lalə, nərgiz içində qız,
Hər güldən ötkün göründün.
Mənim bu sərraf gözümə,
Ay göründün, gün göründün.
Dil ver dedim, dil vermədin,
Gül ver dedim, gül vermədin.
Qalıb ağlımda surətin,
Al donu çin-çin göründün.
Boy-buxunlu dümağ sinə,
Həsrət çəkər el üzünə.
Yazıq şair Məmmədhüseynə,
Can alan, yetkin göründün.