Görənün halı dönər nişansuz binişanə

Görənün halı dönər nişansuz binişanə
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Görənün halı dönər nişansuz binişanə,
Əsritdün cümlə xəlqi, sırf içildi peymane.

Sen bisifat sifatsın, binəhayət nihansm,
Aşiqlərə dövlətsin, məşhur oldun cəhanə.

Sözün eşidən qulaq kəndüdən getdi andaq,
Cümlə könüllər mütləq seddəq dedi bürhanə.

Setıünlə bir dem birlik oldur cəhanda ərlik,
Sendən aynıqsı dirlik oldı qam u əfsanə.

Sənün hikmətün ıraq, sənsin canlara turaq,
Sən yandurduğun çıraq əbədi ömür yane.

Xassül-həvas babısm, aşiqlər kitabısın,
Mütləq didar qapusın göricek məxluq sana.

Yer gög qaim turduğı, dənizlər mövc urduğı,
Cətınətü hur olduğı cümlə sana bəhanə.

Dəxi yer, gög yoğ idi, cümlə söz mənsux idi,
Aşiqlər taparlardı ol binişan sübhane.

Bu göz kəndözin görməz, nişan nişanun verməz,
Yunusun əqli iıməz, anın oldı divanə.