Gör (Məlikballı Qurban)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gör Müəllif: Məlikballı Qurban |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Məcnun olub səhralara düşmüşəm,
Zeydsən, Leylinin sorağını gör.
Dağdan-dağa səngixarə çəkmişəm,
Şikəstə əndamm sor ağını gör.
Hicran gəldi, ver sevdiyim bustana,
Qoynun içi əcəb dönüb bustana,
Abi-zülal bulanıbdı büstana,
Təşnəsən durma gəl, sor ağını gör.
İstəsən ki, eşq içində üzəsən,
Nəzər etmə nakəs olan üzə sən.
Qəsdin olsa iqrarını üzəsən,
Məlikballı Qurban sorağmı gör.