Qara gözlü yanm mən gedər oldum
Saqınıb zülfiinü yolduımağı gör.
Ağlama sevdiyim, yenə gələrəm
Həsrətlə ağlını aldırmağı gör.
Sən mənim açılmış qönçə gülümsən
Sağ qalır gəlirsəm-yenə mənimsən.
Gündüz xəyalımsan, gecə duşumsan
Gülünə yad bülbül qondurmağı gör.
Qara gözlü yanm mənə yanıb da,
Gələni, keçəni mənəm sanıb da,
Ağlaya-ağlaya qəhərlənib də,
Gül bənizin, saqın, soldurmağı gör.
Cövhəri də der ki, saqın açılma
Yanılıb da dildən bir söz qaçırma.
Ellərin yanında köksün keçirmə
Düşmanı kəndinə güldürməyi gör.