Bel bağlayıb, bu dünyaya gül olan,
Gözün aç qəflətdən, sən vəfasın gör.
Varmı bircə sidq-dilnən kam alan,
Ara, axtar; sən də bir cəfasın gör.
Əvvəl gəlib Səfiyullah cahana,
Sahibləndi, hökm qıldı hər yana,
Nə qaldı əlində o hökmrana,
Axır gündə olan qəmxanasm gör.
Getdi Adəm, Nuh yetişdi dünyaya,
Cəlalət gəmisin saldı dəryaya,
Zəhmətin puç etdi, döndərdi zaya,
Necə oldu sökdü hər binasın gör.
İsa gəldi, çox zəlalət yetişdi,
Gəşt eylədi, hər bəlaya tutuşdu,
Neçə müddət haqq işinə qarışdı,
O da getdi, gələn intəhasm gör.
Hökm oldu Musaya, yeridi Tura,
Kəlmə verdi tək o adı min birə,
Gəh çobanəm dedi dildə kafərə,
Heyf oldu, ham, xoş sədasın gör.
Xəlilullah gəldi, nə cəfa çəkdi,
Gahi fəqan edib, göz yaşı tökdü,
Oğlun qurban verdi, haqq evin tikdi,
Qoydu bizə bircə nişanasm gör.
İskəndər dünyadan cəm aldı xərac,
Cəmi dəryalardan o aldı həm bac,
Gərdiş dolandırdı, bəxt oldu qiyqac,
Gəl, sən də o şəhin bu vəfasın gör.
Xəlq eylədi xaliq o Süleymanı,
Verdi ixtiyarın cinü insanı,
Cəlalı, dövləti, hikməti hanı!?
Tərk olubdu, yoxdu, macərasın gör.
Müxtəsər, nə lazım, nəzmi tul demək,
Nə şəhlər dolanıb, puç oldu gərək.
Hər kəsə nə lazım, böhtan söyləmək,
Fikr eylə, dünyanın bu mənasın gör.
Çoxlar həvəs eylər şanü cəlala,
Kimi düşər gündə bir qeyri hala.
Əgər haram qarışdısa halala,
Ha çalış, axırda dərd-bəlasın gör.
Ey qəflətdə baş yetirən türaba,
Durarsan axırda haqq-hesaba,
Boyun qoy sən, hər günahdan qıl tövbə,
Əldə əməl saxla, haqq arasın gör.
Gedən getdi, gələn işdən ol halı,
Gedər, əldə mal-dövlətdən nə qalı!?
Qəlbini şər işdən sən eylə xalı,
Götür doğru işdən sin hərasın gör.
Sal yada, qabaqda haqdı, ölüm var,
Qaranlıq guşədə tək qalı məzar,
Sual, Sirat, mizan, cəhənnəm aşkar,
Olacaq biz üçün nar havasın gör.
Nə lazımdı qəlb incitmək, şər demək,
Küfrü böhtan, həcvü hədyan söyləmək.
Nakəsə yar olma, odu binəmək,
Qonşu xətrin saxla, təmənnasın gör.
Haramdan halala sən eylə diqqət,
Divani-məhşərdə olma xəcalət.
Novrəs İman, gələr ədlü ədalət,
Öz işin saf eylə, iltimasın gör.