Gördüm (Xəstə Qasım)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gördüm
Müəllif: Molla Qasım

 
Müqabirdən güzar etdim,
Əcaib mərdüman gördüm.
Qaranqu topraq altında,
Yatar cismilə can gördüm.

Yoluxdum bir günahkarə,
Günahından üzü qarə,
Mətahından ziyan varə,
Bəqayət peşiman gördüm.

Sınıx saxsı kimi başlar,
Çürümüş ol qələm qaşlar,
Tökülmüş inci tək dişlər,
Yanar pirü-cavan gördüm.

Yumulmuş ol ala gözlər,
Qiyamət yolunu gözlər,
Hanı şirin, şəkər sözlər,
Dəhani-bizəban gördüm.

Çürümüş ol gül əndamı,
Tanımaz sübh ilə şamı,
Alıbdı çöhrəsin hamı,
İlan gördüm, çayan gördüm.

Kimi eyş ilə işrətdə,
Kimi zövq ilə söhbətdə,
Kimi rənc ilə möhnətdə,
Qatı halın yaman gördüm.

Qübur əhli sifatini,
Bəyan etdin sən, ey Qasım,
Oturma yol qırağında,
Dəxi sindir haman, gördüm.