Gördüm o gözəl türrəni rüxsar arasında
Gördüm o gözəl türrəni rüxsar arasında Müəllif: Abbasqulu ağa Bakıxanov |
Gördüm o gözəl türrəni rüxsar arasında,
Bənzətdim onu əfiyə gülzar arasında.
Rüxsarə düşən türrələri çəkmə kənarə,
Bu rəsmdi əfi dolanar nar arasında.
Seyd eylədi zülfün məni bu gözlərə, ey vay!
Qaldım nə yaman bu iki bimar arasında.
Ey didə, məgər neyləmişəm mən sənə axır,
Qoydun məni sən yar ilə əğyar arasında.
Göz yaşım ilə bəsləmişəm canıma minnət,
Peykanlarını bu dili-xunbar arasında.
Gördüm səni əğyar ilə ey mah, məsəldir
Bayqu tutar, əlbəttə, vətən bar arasında.
Könlüm quşuna dam qurub çeşmi-xumarın,
Qafilmi gəzər kimsəni əyyar arasında.
Gər guşeyi-çeşmində tutub can quşu məskən,
Bayqu tutar, əlbəttə, vətən bar arasında.
Rüxsarın əra səfhə kimi vəsməli qaşın,
Bir daldı düşüb cədvəli-zəngar arasında
Eşq əhlinə daim yetişir möhnəti-cövrün,
Zahid, qalasan kaş səni dar arasında!
Dəysin başına səktəsiz ol həmdü səlatın,
Kimsən gəzəsən aşiq ilə yar arasında.
Əfsanə dəxi söyləmə, it bir nəzərimdən,
Var sən kimi yüz xər belə bazar arasında,
Qüdsi, nə yaman bağladı bu gözləri sahir
Yüz sən kimi sərgəştəni bir tar arasında.