Görgəc
Görgəc (09.05.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Könlüm darılır hər dəfə böhtanını görgəc,
Nitqim tutulur saytdakı hədyanını görgəc.
Baxdıqca sənə annamıram cinsini əsla,
Guya ki, qadınsan – gülü tumanınl görgəc.
Murdar qələmindən də tüpürcək yağır ancaq,
Hər kəs çalışır qurtara öz canını, görgəc.
Tanrım sənə insan deməyə cürət edərmi,
Milyonlar ilə sevgili insanını görgəc?
Düşdün haysızlıq yoluna, bir daha dönmə,
Hər kəs tanısın sən kimi heyvanını görgəc.
Zingilti səsindən bezən it sahibi, şəksiz,
Şükür eyləyəcək evdəki Toplanını görgəc.
Teymur, daha dinmə, qısıl öz abrına, dur get,
Alim boyalı cahilin “imanını” görgəc...