Görmüşəm (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görmüşəm (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Gizlətmə ay üzü yaşmaq altında,
Qaymaq dodağında balı görmüşəm.
Qara qaş üstündə, a mələkzadə,
Türfəndə bəslənmiş xalı görmüşəm.

Qəfil yan çevirdin bulaq üstündə,
Gördüm səni, girdim canım qəsdinə.
Xub yaraşır gəl gül verim dəstinə,
Ağ bədəni, incə əli görmüşəm.

Məmmədhüseynə nə işvə sat, nə dağ çək,
At ürbəndi kəklik kimi elə sək.
Bu səhər bulaqda nə yalan-gerçək,
Turunc məmələri dolu görmüşəm.