Görmüşəm (Qul Mahmud)

Görmüşəm
Müəllif: Qul Mahmud
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Ay ağalar, qış gecəsi,
Röyada yarı görmüşəm.
Yığvalım yaman gətirib,
Sinəsi darı görmüşəm.

Kim yoluma çəkib çəpər,
Tanrı ona etsin qədər.
Yuxumdan açılıb səhər,
Düşdüyüm toru görmüşəm.

Belə dərdə necə dözüm?
Tutulaydı iki gözüm.
Alışıb-yanıram özüm,
Sinəmdə narı görmüşəm.

Qaldım çal-çarpaz dağmda,
Düşmənlərin danlağmda.
Bayquşun gülşən bağmda,
Dolaşan sarı görmüşəm.

Mən Mahmudam, oldum nalan,
Könlüm qəmli, gözüm giryan.
Yarı məndən gücnən alan,
Divansız zoru görmüşəm.