Görmüşəm (Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görmüşəm (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Ay ata, can gedib, qalıbdı nәfәs,
Bu nişanda belә yarı görmüşәm.
Bunca ki gözәli tapmadı könül,
Ah çәkibәn intizarı görmüşәm.

Gözәllikdә kimsә yoxdu tәhrindә,
Onunçun çәkәrәm yarın qәhrin dә,
Nә İran, nә Turan, Gәncә şәhrindә
Canlar alan o nigarı görmüşәm.

Ay ata, sәn mәni etmә günahkar,
Bәsdi, bunca nә elәrsәn ahü zar?!
Qurbani der: Әldәn gedib ixtiyar,
Xublar şahı o sәrdarı görmüşәm.