Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə

Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə
Müəllif: Əbülhəsən Raci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə,
Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.

Könül az qaldi çak olsun, küdurətdən həlak olsun,
Götür peymanə, pak olsun, bu dəm manəndi-ayinə.

Gözün qurbani, peydərpey, götür məstanə cami-mey,
Yetişsin nəreyi - "hey-hey" fələkdən mahü pərvinə.

Bilurin cam ilə şişə, götür bəzm içrə gərdişə,
Dəxi naz eyləmə pişə, məni-məhzuni-miskinə.

Gərəkdür bu dili-giryan, ola Yəqub tək xəndan,
Deyillər Yusifi-Kənan, gəlib Təbriz şəhrinə.

Dutan şöhrətdə əyyami, verən yəğmayə arami,
Onun zülfi-siyəhfami, bəladur bu dilü dinə.

Baxan bu arizi-alə, düşər bir özgə əhvalə,
Deyər: - Nəqqaşə bax, lalə çəkibdür bərgi-nəsrinə.

Səba çün sünbülü reyhan, edəndə zülfini əfşan,
Dönər bu səfheyi-İran, diyari-Çinü Macinə.

O şuxun çeşmi-laçini, edər seyd ahuyi-Çini,
Xəraci-Çinü Maçini, salubdur bircə maçinə.

Səbu başini məclisdə, müğənni qoydu tar üstə,
Dedi ahəstə-ahəstə nigar adin bu qəmginə.

De bir türki qəzəl, Raci, oxusun bu gözəl,Raci,
Bələd olsun əzəl Raci, rümuzi-eşq dərdinə.