Hötenin "Faust"undan tərcümə

(Götenin "Faust"undan tərcümə səhifəsindən istiqamətləndirilmişdir)
Hötenin "Faust"undan tərcümə
Müəllif: Əli bəy Hüseynzadə
Göte
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Eyvah ki dünyaları fikrim dolaşırkən
Təqibə nə at var, nə qanad var, nə də yelkən.
Sərbəst uçuşub fövqi-çəmənzaridə quşlar
Elhan ilə ixtar qılarlarsa baharı,
Sevdayi-vətən sevgi ilə eylər isəm
Səhraları, dəryaları, bir durna qatarı,
Şamlı uca dağlar üzərində əzəmətlə
Şahin pərübalın açıb eylərsə təalı,
Yüksəlməyə balalara aləmləri seyrə
Hər fərdi edər zövqi onun hissi xəyalı.