Göyərçin
Rəvayətlər. Göyərçin Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir nəfər cavan oğlan gölün kənarında ot yığdığı zaman yanına
bir göyərçin düşür. Göyərçin dönüb gözəl bir qız olur. Bu əhvalat
bir neçə gün təkrar olunur. Axırda bunlar sevişirlər. Hər gün bu gö-
yərçinlə oğlan günün qızmar vaxtı göldə çimərlərmiş. Oğlan hər
gün səhər tezdən durub gölün sahilinə gedərmiş. Həmin göyərçin
də gəlib gölün yanında qız olub oğlanla söhbət edərmiş. Oğlanın ailəsi
onun hər gün tezdən gedib axşam gəlməyindən narahat olur. Bir
gün atası onu izləməyə başlayır. Bunların hər ikisi suda çimdiyi
vaxt oğlanın atası bunların üstünə çıxır.
Oğlanla qız ikisi də çox çığırırlar ki, yaxın gəlməsin, ancaq kişi buna fikir verməyib bunların paltarının yanında dayanır. Bunlar kişidən utanıb qırağa çıxa bilmirlər. İkisi də göyərçin olub havaya qalxırlar.