Göy üzündə tütən olsam
Göy üzündə tütən olsam Müəllif: Qaracaoğlan |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Göy üzündə tütən olsam,
Yer üznində bitən olsam,
A1 bənəkli kətan olsam,
Yar boynuna sarsa məni.
Yar qolunda burma olsam,
Yedikləri xurma olsam,
Alçım-alçım sürmə olsam,
Yar qaşına sürsə məni.
Qaracaoğlan, uşaq olsam,
Yar belinə quşaq olsam,
Bir atlasdan döşək olsam,
Yar altma sərsə məni...