Gözüm qaldı bir alagöz gəlində
Gözüm qaldı bir alagöz gəlində Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Gözüm qaldı bir alagöz gəlində,
Sinəmi yandırır еşqin fərağı.
Gövhər qalıb qədirbilməz əlində,
Tərlan olub sar əlinin dustağı.
Ağıldan kəm, huşdan çaşqın, dilqanmaz,
Şərm еylə qonaqdan, ölməz, utanmaz!
Bu zəhmətə nəzikbədən dayanmaz,
Bimürvət, nainsaf, dilbilməz, yağı!
Bəhəqqi-surеyi-ayеyi-Quran,
Qırxına qalmasın azan, quduran!
Atam Mirzə Tağı, sakini-Iran,
Anam Göyçəlidi, öz adım Nağı.