Gözünə döndüyüm
Gözünə döndüyüm Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.257 |
Uğurlu günlərindir,
Yolların açıq, aydın.
Bu aydınlıq eşqini
Dünyalara son yaydın!
Hey, nə gözəl boy atdın!
On beşi dünən saydın.
Yollarda yaxşı-yaxşı,
Gəz, gözünə döndüyüm!
Yolundan ənəlləri,
Əz, gözünə döndüyüm!
Qüdrətinə heyrandır
Aləm əhli gerçəkdən,
On beş ildir seçilməz
Yapraqların ipəkdən.
Can dərmanı çıxarıb
Can qoruyan çiçəkdən
Canan sevən ətirlər
Çək, gözünə döndüyüm!
Tarlanı dönə-dönə
Çək, gözünə döndüyüm!
Gör песƏ tazələndi
Köhnə yurdun baharı.
Yağışı can payladı,
Dərman oldu saf qarı.
Sən qaldır gözlərini
Bundan daha yuxarı, -
Boşluqlarda bir körpü
Sal, gözünə döndüyüm!
Göylərdən doğru xəbər
Al, gözünə döndüyüm!
Göylərdə ildırımlar
Qorxudan saldı haray;
Çayların dəniz oldu,
Dənizlər kəsildi çay;
Baş əydi fərmanına
Topraqlar alay-alay, -
Deyildir gördüyün iş
Az, gözünə döndüyüm!
Mənzilə xeyli qalmış,
Qaz, gözünə döndüyüm!
Könüllərdə yandırdın
Sehrli çırağını;
Nə umulmaz yerlərdir,
Verirlər sorağını;
Daş dövrü yaşayanlar
Yolların irağını
H əsrətlə gözləyirlər,
Bax gözünə döndüyüm!
Sən bir ümid nurusan,
Çax, gözüno döndüyüm!
Beş-on il bundan ovvəl
Bir ilin sərt qışında;
Mon səni ilkin gördüm
M ilyonlar axışında;
Yolçular nur arardı
İnamlı baxışında
О baxışın sirrini,
Aç, gözünə döndüyüm!
О sirri dünyalara
Saç, gözünə döndüyüm!
Qoy hələ düşmənlərin
Ləzzət alsın talandan.
İlişib bac istəsin
Yolda, izdə qalandan.
Sən bir göz ağardınca
İrişsinlər yalandan, -
Sözünü şaxdan söylə
Şırp, gözünə döndüyüm!
Yalan sözü yad başa
Çırp, gözünə döndüyüm!
Qoy qapatsın göyləri
Bacadan çıxan duman,
Dostların aydın görür:
- Kim yaxşıdır, kim yaman!
Fanar tutar yoluna
Tarixə düşmüş zaman, -
Köhnənin kəlləsinə
Vur, gözüno döndüyüm!
Görülməmiş bir dünya
Qur, gözünə döndüyüm!