Gözün tək, gozlərim nuru, mənim bimardır könlüm
Gözün tək, gozlərim nuru, mənim bimardır könlüm Müəllif: Molla Zeynalabdin Sağəri |
Gözün tək, gozlərim nuru, mənim bimardır könlüm,
Camalın gulşənində əndəlibi-zardır könlüm.
Həzər qıl, vurma şanə zulfı-purcinə sən, ey Leyli,
Musəlsəl zulfı-purcinində Məcnun vardır könlüm.
Ləbi-ceşmin xəyali qanə dondərmiş könül mülkün,
Əyaği-badə tək qandan dolub, sərşardır könlüm.
Xəyali-turreyi-purcin ilə şamım səbah olmaz,
Qəsəm ol türreyi-mişkinə, daim tardır könlüm.
Səri-ku itlərimə hər nə var təqsim qıldım raən,
Təsəvvur eyləmə, ey dilruba kim, vardır könlüm.
Gozumdə xabilə bir istirahət yox mənə hər dəm,
Sənin fikri-xəyalınla əcəb bıdardır könlüm.
Qocalıq yayə döndərdi qədin, ey Sağəri, likən
Könül hərgiz qocalmaz, aşiqi-didardır könlüm.