Gözə görünməz

Gözə görünməz
Müəllif: Aşıq Cəlil Dərələyəzli
Divani-təcnis

Dilbilməzin əsiriyəm, naçar gözə görünməz,
Şükürlüyəm, dağ-düyünə, açar gözə görünməz.
Mərhəmətsiz nə kişidir, mənəm-mənəm deməsin,
Ədəb-ərkan bilməyənlər qaçar, gözə görünməz.

Sanma məni dilacıyam, gəl məni gör qəlbidə,
Naşı deyil, anlayıram dürüstü də, qəlpi də.
Ala qarğa, kor yapalaq uça bilməz qəlbidə,
O qartalın layiqidir, uçar, gözə görünməz.

Gəl Sallılı Cəlili sən qana salma nahaqdan,
Xəbərin yox nə xaliqdən, nə şahiddən, nə haqdan.
Bax özünə, bax özümə, ayır haqqı nahaqdan,
Sən seçməsən, ay kimi saf, seçər, gözə görünməz.