Gözəl (Səlminaz Məşədi Bağır qızı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözəl
Müəllif: Səlminaz Məşədi Bağır qızı
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015.

  
İnsafın olsun, yola gəl,
Məni məndən alan gözəl.
Gəl sən elə baxma mənə,
Canın çıxır dondan, gözəl.

Gəlsən ovçu dərəsinə,
Xain gözü baxar sənə,
Dərd tüğyan edər mənə,
Ayrı gəzmə yardan, gözəl.

Səlminaz, yaxşı tanı,
Nə baxırsan yanı-yanı,
Söylə, bəs ilqarın hanı,
Usanmışam candan, gözəl.