Gözəl (Xəyyat Mirzə)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəl Müəllif: Xəyyat Mirzə |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,
Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Görəni candan eləyir hüsnünün varağı, gözəl.
Xəstə ki, hələ xəstədir, öldürürsən sağı, gözəl.
Xudam səni xəlq eləyib aşıqlara yağı, gözəl.
Yanağına, qabağına tökülüb telləri qəşəng,
Qönçəli bir bağça kimi açılıb gülləri qəşəng,
Deyəsən qüdrət qaşıdı, ağ nazik əlləri qəşəng,
Bizimlə xoş danışan o imran dilləri qəşəng,
Mollalara qəsd eləyir, tullayıb yaşmağı gözəl.