Gözəl olursan
Müəllif: Qayıqçı Qul Mustafa
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bə yavrum altun qədəhdən
İçdikcə gözəl olursan.
Badənin rəngi üzüno
Düşdükcə gözəl olursan.

Boyun səlvidən çəmandır,
Aşiqə cevrin yamandır.
A yavrum, bilməm nədəndir
Qucduqca gözəl olursan.

Padişahsan, bil kəndini,
Əsirgə dərdiməndini.
Aşiqə köksün bəndini
Açdıqca gözəl olursan.

Mustafa der: halıma bax,
Aşıqlar çağırar əlhaq.
Səne doludan zərər yox
Düşdükcə gözəl olursan.