Gözəllər üstə

Gözəllər üstə
Müəllif: Aşıq Fətulla
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.


Tərifli gözəldən gördüm bir dəstə,
Dünya bərqərardır onların üstə.
Qismət ola ondan alasan birin,
Ağzı bal şanıdı, dodaqlar püstə.

Saymışam dəstəniz hamısı beşdi,
Sizi görcək hüşüm başımdan keşdi,
Yetişib məməniz dəymiş yemişdi,
Bəxtəvər de, sizə tuş olan dosta.

Çox çəkmişəm gözəllərin cəfasın,
Heç görmədim bir gözəlin vəfasın,
Ay Fətulla. canın odlara yansın.
Ömrü tərk eylədim gözəllər üstə.