Gözəllər (Səhər çağı çıxdın mənim qarşıma)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəllər Müəllif: Aşıq Alı |
Səhər çağı çıxdın mənim qarşıma,
Göründü gözümə dəstə gözəllər.
Aylar-illər həsrətini çəkdiyim, -
Olmuşam dərdinnən xəstə gözəllər.
Əflatun loğmana getdi dərmana,
Yanıram oduna mərdi-mərdana,
Dolanım başına, olum pərvana,
Qoymayın könlümü yasda gözəllər.
Alıyam, dünyada xam xəyal oldum,
Baxdım gözəllərə kəm xəyal oldum.
Düşəndə yadıma kəm xəyal oldum,
Al sinən üstündə bəstə gözəllər.