Göz aşinalığı
Göz aşinalığı Müəllif: Rza Tofiq Bölükbaşı |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
İsmini bilməzdim, fəqet tanırdım
Nə yosma bir çiçək taxışı vardı.
Qızıl saçlanm atəş sanırdım
Günəş nuri kimi yaxışı vardı.
Öylədir, gün şəfəq sökdüyü zaman,
Göllərə kölgələr çökdüyü zaman,
Saçını çözüb də tökdüyü zaman,
Dalğa-dalğa düşüb axışı vardı.
Hüsnündə bir əda var ki asiydi
Məni xərab edən o ədasıydı.
Sevdalı gönlümün aşinasıydı
Üzümə bir şirin baxışı vardı.