Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə

Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.56.


Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə,
Yanar əflak könüldən çəkilən ahlərə.
Qoyma xali gözümi şəm'i-rüxün əksindən,
Qoysalar eyb degil şəm nəzərgahlərə.
Qeyr tutdu ətəgin saidini öpmək üçün,
Dövlət əl verməsə yeg himməti kütahlərə.
Dərdi-dil xublərə hacəti-izhar degil,
Ərzi-hal eyləmə sən səngi-dil agahlərə.
Sadiqi, söyləmə zöhhadə qədəh keyfini sən,
Rəhi-meyxanəni göstərmə bu gümrahlərə.