Gözdə gözü sən
Gözdə gözü sən Müəllif: Aşıq Alı |
Gövhər mədəniyəm, düşmüşəm dərdə,
Dərman eylə gözə gözdə gözü sən.
Aman həkim əllərinə mən qurban,
Zay olmasın gözüm gözdə gözü sən.
Çox dövran sürmüşəm fani dünyada
Allahı çağırram yetişsin dada.
İşıq vermir, gözüm görmür dünyada,
Rəhm eylə gözümə, gözdə gözü sən.
Biçarə Alıyam, gəlmişəm dada,
Hesab eylə haqqı salgınan yada.
Cəsədim alışır, yanıram oda,
Eylə gözlərimə gözdə gözü sən.