Gözlə, gözlə sən (Aşıq Əsəd)
Gözlə, gözlə sən Müəllif: Aşıq Əsəd |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.391; ISBN 978-9952-571-42-4 |
Dedim, könül keçmə söz sərhəddini,
Öz sözündən öz-özünü gözlə, sən.
Aşıq deysr, gözb, son,
Pirsən, Haqqı gözləsən.
Dünya girsə min dona,
Nə seçərsən gözlə,sən.
Heç adamın tük axtarma gözündə,
Yaxşı olar, qeyrətini gözləsən.
Qopsa tufan, qızsa meydan əylə nər,
Gedən gedir, qalan yerdə əylənər.
Aşıq deyər,əylənər,
Hirsi soyut,əylən,ər.
Acıqlı baş qan eylər,
Ağıllı baş əylənər.
Danalar oynaşar kal qabağında,
Qabaq-qarşı gəlsə,gözlə, gözlə sən.
Sən ucalt sənəti, sənət də səni,
El-oba yaşatsın sənətdə səni.
Mən aşığam,sənətdə,
Ucalasan sənətdə.
Yaşa, yarat, dünyada,
Qoy ucalsın sənət də.
Əsəd də ad qoyub sazda,sənətdə,
Qoru bu sənəti,gözlə,gözlə,sən.