Gözlə, gözlə sən (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözlə, gözlə sən
Müəllif: Aşıq Alı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Mənəm bağban, sənsən bağça.
Bağı gözlə, gözlə sən;
Doldurubsan, ver qədəhi -
Sağı, gözlə, gözlə sən.
Nairzalı girmə bağa,
Bəlkə qəbul etmədi;
Əl uzatma, sındırarsan
Tağı gözlə, gözlə sən.

«Lam» Leylidi, «mim» Məçnundu,
Məcnun yə'ni ki, cünun;
Xirqəni çək başına,
Bədə yerində bürün;
Leyli vədə verdi, bir il
Onu gözlədi Məcnun;
Mənəm Leyli, sənsən Məcnun,
Dağı gözlə, gözlə sən.

“Əlif”-Allah, «bey» - peyğəmər,
«Mim»- Məhəmməd Mustafa;
«Cim» –Cəbrayıl vəhy kətdi,
Yazılıbdı xoş səda;
Şə'ninə ayə xətm olu,
Əlasan, qulkəfa;
Alıiın köysünə çəkmə
Dağı gözlə, gözlə sən.

Ədəbiyyat

redaktə
  • “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il.